Son vaxtlarda Azərbaycanda bir sıra Facebook səhifəsi dövlət qurumlarına, sosial vəziyyətə və statistik məlumatlara dair məzmunu kontekstdən çıxararaq, həddindən artıq neqativ formada təqdim edir. Maraqlısı odur ki, təkcə məzmun yaymaqla kifayətlənmirlər – məqsədlərini daha geniş auditoriyaya çatdırmaq üçün ödənişli reklam kampaniyalarına da böyük büdcə ayırırlar. Burada əsas sual yaranır: gəlir gətirməyən bu cür səhifələrə niyə xeyli vəsait ayrılır və onları kimlər idarə edir?
Məsələn, “Palitra“ səhifəsinə baxaq:

Göründüyü kimi bütün xəbərlər neqativ hallarla bağlıdır. Ayrı-ayrılıqda bu xəbərlərin həqiqiliyi yoxlanıla bilər, əslində nə qədər qeyri-sıravi olduğu da müzakirə edilə bilər. Lakin, bizim məqsədimiz faktları yoxlamaqdan əlavə, bu və digər oxşar səylərin arxasında dayanan gücləri müəyyənləşidirib ictimaiyyətlə paylaşmaqdır.
İndi isə gəlin Palitra səhifəsinin reklam səylərinə baxaq. Səhifə 2024-cü il ərzində 30 reklam kampaniyası həyata keçirib (keçid):

Reklamların konteni isə belədir:

Göründüyü kimi heç bir biznes məqsədi olmadığı halda Azərbaycanla bağlı neqativ xəbərlər, pul xərclənərək reklam edilir. Bəs bu səhifə kimlər tərəfindən idarə olunur?

Belə görünür, səhifəni idarə edənlərdən 2 nəfər Azərbaycanda, digər 2 nəfər isə İrandadır. Nəzərə alsaq ki, İranda Facebooka çıxış rəsmi olaraq qadağan olunub, bu şəxslərin kimliyi ilə bağlı əlavə suallar yaranır. Onlar, qadağalara baxmayaraq, Facebook-a çıxış əldə edir, hansısa Azərbaycan vətəndaşları ilə bərabər ölkə əleyhinə olan xəbərləri şişirdilmiş formada paylaşır və bu işə maliyyə resursları da cəlb edir.
Oxşar vəziyyət “AzerLeaks – Antifake“ səhifəsində də müşahidə olunur. Təxminən iki minə yaxın təqibçisi olan bu hesabda yayımlanan xəbərlərin əksəriyyəti yoxlanılmamış, sensasion iddialardan ibarətdir.

Səhifəni idarə edənlər isə yenə də İrandan fəaliyyət göstərir:

Beləliklə, Azərbaycanda manipulyativ, emosional yüklü məzmunu maliyyələşdirən səhifələrin arxasında əsasən İranın olduğu aydın görünür. Bu cür paylaşımlar cəmiyyətdə narahatlıq və etimadsızlıq yaradır.
Bu istiqamətdə tədqiqatlarımız davam edəcək.
TƏHLÜKƏSİZ AZƏRBAYCAN!
Bir cavab yazın